Modern.az saytı xəbər verir ki, Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi ilə Azərbaycanın 3 yaralı əsgəri müalicə olunmaq üçün avqustun 9-da xüsusi tibbi təyyarə Bakıdan Ankaraya aparılıb. Bunlar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanan 19 yaşlı əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadədir.
Əsgərlərimiz Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. Əsəgərlərmizdən Sərxan Tahirzadə hər iki qıçını itirib, Elvin Əsgərov qarın nahiyəsindən ağır güllə yarası alıb, Ədalət Məmmədovun isə bir gözünü itirdiyi bildirilir.
Sərxan Tahirzadənin anası Maisə Tahirzadə Modern.az-ın əməkdaşına deyib ki, onun oğlu ailənin yeganə övladıdır.
Türkiyə səhiyyə nazirinin müavini Agah Qafqaz xəstəxanaya gələrək, əsgərlərimizə baş çəkib, onların müalicəsi və yaxşılaşması üçün bütün mümkün addımların atılacağını vəd edib.
Gülşən Raufqızı