Son günlər cəbhə xəttində yaşanan gərginliyin ardından bəzi jurnalistlər, QHT rəhbərləri, ictimaiyyət nümayəndələrinin səhrəd bölgəsinə səfəri ilə yadda qaldı.
Milli Məclisin deputatlarının əksəriyyətinin xaricdə istirahətdə olduğu bu günlərdə parlamentin qocaman üzvü Xanhüseyn Kazımlı cəbhə bölgəsinə getməyi üstün tutub.
Modern.az-ın məlumatına görə, X.Kazımlı Qazax rayonunun düşmənlə təmas xəttində yerləşən Məzəm və Abasbəyli kəndində sakinlərlə görüşüb.
Görüş zamanı sakinlər Milli Ordunun gücünə tam inandıqlarını, atəşkəs pozulan zaman düşmənin milli ordu qüvvələri tərəfindən dərhal susdurduğunu bildiriblər.
Deputat Xanhüseyn Kazımov sakinlərlə görüşündə "ordu xalqa, xalq isə orduya arxalanmalıdır"-deyə onlara ürək-dirək verib.
Diqqətçəkən əsas məqam deputat Xanhüseyn Kazımlının cəbhə bölgəsinə kostyum-qalstukda deyil, əsgər forması geyinib getməsidir.
Modern.az