Modern.az

İraqın baş naziri Bağdada qoşun yeritdi

İraqın baş naziri Bağdada qoşun yeritdi

Dünya

11 Avqust 2014, 10:59

3-cü müddətə baş nazir  olmaq istəyən İraqın baş naziri Nuri əl-Maliki Bağdad özünə sadiq olan qüvvələri Bağdad şəhərinə yeridib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir ölkə prezidenti Fuad Massaumun ölkə Konstitutsiyasını pozduğunu iddia edərək bu addımı atıb.

“Mən ölkə prezidentini konstitusiyasını pozduğu üçün məhkəməyə verəcəm”, – deyə o bəyan edib. Bağdadın giriş-çıxışları Malikiyə sadiq olan qüvvələr tərəfindən nəzarətə götürülüb. İraq paytaxtın əsas küçələrinə və nəzarət-buraxılış məntəqələrinə tank və digər müxtəlif zirehli texnikalar yerləşdirilib. Ölkə müxalifəti isə 3-cü müddətə baş nazir olmaq istəyən Malikini “diktatorluq”da ittiham edib. ABŞ Dövlət Departamenti yaranmış vəziyyətlə bağlı prezident Massumu konstitusiyanın qarantı kimi dəstəklədiklərini bəyan edib.  

Vüqar İsmayılov 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi