Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Əbdüləziz əl-Səud rəsmi səfərlə bu ölkəyə gəlmiş Misir prezidentini qəbul edib. Hərbi çevrilişdən sonra hakimiyyətə gələn və prezident seçilən general Əbdülfəttah əl-Sisi ilə görüşü zamanı bir məqam yerli və xarici fotoreportyorların diqqətindən yayınmayıb. Misir prezidenti kralın alnından öpüb.
Qeyd edək ki, əl-Sisinin hərbi çevrilişi və prezident seçilməsində Səudiyyə Ərəbistanı monarxının açıq dəstəyi olub. Ər-Riyaddakı rəsmi təmaslar zamanı Misir prezidentinə təqdim edilən “Kral Əbdüləziz nişanı” da bunun daha bir əyani sübutudur.
Modern.az