Modern.az

Məlahət İbrahimqızı: “Türkiyədə seçkilərin nəticələri Ərdoğana olan sevgini sübut etdi”

Məlahət İbrahimqızı: “Türkiyədə seçkilərin nəticələri Ərdoğana olan sevgini sübut etdi”

Parlament

11 Avqust 2014, 11:55

“Qardaş Türkiyədə keçirilən prezident seçkilərini çox yüksək dəyərləndirirəm. Türkiyə tarixində ilk dəfə xalq öz prezidentini seçdi. Hesab edirəm ki, ən layiqli namizəd elə AK Partinin lideri, xalqın əksəriyyətinin mütləq səsini qazanan Rəcəb Tayyib Ərdoğan idi. Onunla bağlı çox ciddi müşahidələr aparıldı, həmçinin seçkiqabağı kampaniyalarda yüksək əhval ruhiyyə hiss edildi, demokratik fonda keçirilən bir seçki oldu. Hətta dəfələrlə onun seçilməməsinin qarşısını almaq üçün ölkədə bir neçə dəfə Gəzi olayları kimi qarışıqlıq da yaratmağa səy göstərildi ”.

Bunu Modern.az-a Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Məlahət İbrahimqızı deyib.

O, Türkiyədəki prezident seçkilərini şərh edərkən qeyd edib ki, beynəlxalq və yerli müşahidəçilərin verdiyi məlumatlara görə, seçki zamanı ciddi heç bir qanun pozuntusu qeydə alınmadı. “Rəcəb Tayyib Ərdoğan 2002-ci ildə AK Partinin iqtidarına təkbaşına gələn siyasətçi olaraq dünyanın harizmatik liderlərindən biri kimi tanınır. O vaxta qədər Türkiyə rəhbərliyinin bölgədə, eləcə də regionda hər hansı məsələlərə müdaxilə edə bilmədiyi, ölkədə iqtisadi inkişafda bir çox problemlərin olduğu halda Ərdoğan Türkiyəni çox böyük irəliləyişlərə gətirib çıxartdı. Ölkənin bütün sahələrində çox yüksək nailiyyətlər əldə edildi. Ərdoğan sayəsində Türkiyə beynəlxalq aləmdə söz sahibinə malik ölkələrdən biri oldu,regional məsələlərdə beynəlxalq təşkilatların gündəmini dəyişən bir ölkəyə çevrildi”.

M. İbrahimqızı bildirib ki, dünənki prezident seçkilərində Ərdoğan çox yüksək səs çoxluğu ilə (52%) liderliyini bir daha təsdiq etdi. “Bu, təxminən Türkiyədə 20 milyona yaxın insanın səsidir. Ona səs verənlərin ailə üzvlərini də nəzərə alsaq, bu, 50 milyona yaxın insan deməkdir. Ölkənin mütləq əksəriyyətinin səsini toplamaq hər kəsin işi deyil. Bu onu göstərir ki, Ərdoğan Türkiyənin, eləcə də Türk dünyasının böyük oğludur, dünya sülhünə hər zaman barış gətirən, mütərəqqi siyasət yürüdən bir şəxsiyyətdir.

İndiyə qədər Ədalət və İnkişaf Partiyasının sədrinin iştirak etdiyi 9 seçkidə O hər dəfə bir-birindən yüksək səslə qalib gəlib. Adətən siyasətdə belə bir qanunauyğunluq var ki, ilk seçkidən sonra səs itkisi olur. Amma Ərdoğanın fəaliyyətində belə bir şey müşahidə edilməyib. Seçkinin nəticələri parlamentdən yox, xalq tərəfindən seçilən 12-ci prezidenti hörmətli R. T. Erdoğanın xalqın mütləq rəğbətini qazandığını göstərdi. Dünənki seçkini izləyən və Türkiyəni sevən ölkələrdə də böyük coşqu hiss olunurdu, onların əksəriyyət Ərdoğanı dəstəkləyirdi. Dünyanın hər yerində ABŞ, Avropa, Misirdə, Fələstində, Avstraliyada belə, insanlar seçkinin nəticələrini səbirsizliklə gözləyirdi. Türkiyə tarixində heş bir siyasi lider hətta Atatürk belə 9 dəfə seçkiyə getməyibdir. Ərdoğan şəffaf mübarizə fonunda bu qələbəni əldə etdi. O bütün fəaliyyəti boyu hər zaman haqqı müdafiə etmişdir . Son illərdə Ona qarşı, çox ciddi və müxtəlif təxribatlar aparılsa da, Ərdoğanı məğlub edə bilmədilər . Çunki o xalqına güvənirdi və ondan da dəstək aldı”.

Deputat beynəlxalq mətbuatda Ərdoğanla bağlı yazılan qərəzli yazılardan narazılığını da vurğuladı: “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Avropada, xüsusilə, Almaniya mətbuatında Ərdoğana qarşı çirkin , ona yaraşmayan məqalələr dərc ediblər. Yazılarda riyakarlıq, demokratiyaya sığmayan fikirlər öz əksini tapıb. Düşünürəm ki, bütün bunlar Ərdoğanın qələbəsini həzm edə bilməyənlərin işinin nəticəsidir.

Bir daha qardaş ölkə üçün xeyirli-uğurlu olsun deyirəm və əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da daha da sürətlə inkişafına edəcəkdir. Bir Millət İki dövlət olan Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, Azərbaycan prezidenti cənab İlham Əliyev isə ən yüksək küsülərdə “Türkiyə yoxdur, mən varam” demişdi”.

Əminik ki, Türkiyənin 12-ci Prezidenti cənab Rəcəb Təyyub Erdoğan Cumhurbaşkalığı dönəmi çağdaş Türkiyə tarixində yeni bir mərhələ olacaqdır.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama