Modern.az

Brilliant Dadaşova: “Bəsdirin, durun! Gedin öz valideynlərinizi müzakirəyə qoyun”

Brilliant Dadaşova: “Bəsdirin, durun! Gedin öz valideynlərinizi müzakirəyə qoyun”

Mədəniyyət

11 Avqust 2014, 12:33

Xalq artisti Brilliant Dadaşova Azərbaycanın görkəmli sənətkarı Elmira Rəhimovanın çəkildiyi kliplərdən birinin bəzi elektron media orqanları tərəfindən müzakirəyə çıxarılaraq, tənqid olunmasını qəzəblə qarşılayıb.
Modern.az saytı xəbər verir ki, Brilliant Dadaşova Elmira Rəhimovanı Azərbaycanın milli sərvəti adlandırıb.

“Biz özümüz milli sərvətlərimizi qoruyub dəyər vermiriksə,  deməlı biz heç nəyik” deyən B.Dadaşova həmin müzakirəni açanlara səsələnib:

 “Toxunmayın milli sərvətlərimizə. Bəsdirin, durun!Yazmağa, danışmağa mövzu tapmırsınızsa, gedin öz valideynlərinizi müzakirəyə qoyun.
Elmira Rəhimova, Sara Qədimova, Şövkət Ələkbərova və bir çox dühalarımıza əl uzatmayın! Zaman və tarix əlləriniz qırar!”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi