Modern.az

Ərdoğanın prezident kimi alacağı yeni maaş açıqlandı

Ərdoğanın prezident kimi alacağı yeni maaş açıqlandı

Təhsil

11 Avqust 2014, 13:06


Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 12-çi prezidenti seçilməsi ilə birlikdə alacağı maaş da müəyyən olub. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın baş nazir kimi 14 min 500 lirə qədərindəki aylıq maaşı prezident kürsüsündə 26 min 800 lirəyə yüksələcək. Ərdoğan keçmişdəki işlərindən ötəri təqaüd almaq haqqı da qazanıb. Bu səbəbdən 11 min 985 lirə də təqaüd alacaq.

11-ci prezident Abdullah Gül isə təqaüdçü dövlət başçısı olaraq 15 min 980 lirə alacaq.

Dövlət başçılarının maaşı hər il Türkiyə Böyük Millət Məclisinə təqdim edilən prezidentlik büdcəsinə görə təyin olunur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu