Modern.az

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

11 Avqust 2014, 13:44

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata əsasən, bu gün yerli vaxtla saat 11:40:23-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Maqnitudası 3,3 bal olan zəlzələnin təkanları dənizin 62 km dərinliyində baş verib. Zəlzələ hiss olunmayıb. 

Qeyd edək ki, bu gecə həmçinin Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00.25-də qeydə alınıb. 
Pirquludan 28 km şimal-qərbdə baş vermiş zəlzələ maqnituda 3.0 bal gücündə olub,  yeraltı təkanlar hiss edilməyib.

Gülşən RAUFQIZI 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu