Modern.az

Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsi gerçəkləşdirəcək

Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsi gerçəkləşdirəcək

11 Avqust 2014, 14:05



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondu bir sıra dəyərli layihələrə start verəcək. Belə ki,  “Dini abidələrdə tarixin izləri” adlı ilk layihə çərçivəsində ilkin araşdırılmalara başlanılıb. Fondun informasiya sektorunun müdiri Xatirə Hüseynovanın Modern.az-a verdiyi məlumata görə bu layihə çərçivəsində Bərdə İmamzadə türbəsində əsaslı işlər görülməkdədir. Sektor müdiri daha sonra görüləcək layihələr barədə də məlumat verib:

“Sentyabrın 15-i Bilik günü ilə əlaqədar Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsinə start verəcək.  Adından da göründüyü kimi ayrı-ayrı yerlərdə olan məktəblərin birliyinə, xüsusən də cəbhə bölgələrində olan məktəblərlə əlaqələrin güclənməsinə xidmət edəcək. Daha sonrakı layihəmizdə isə respublikanın tanınmış alimləri, professorları, pedaqoqları bir gün müddətində ucqar dağ kəndlərində, kənar yerlərdə olan şagirdlərlə görüşlər keçirəcək. Amma hələ ki, ilk layihəmiz “Dini abidələrdə tarixin izləri” layihəsi istiqamətində işlər görülür. Bərdə İmamzadə türbəsi haqqında araşdırmalardan sonra bukletlər hazırlayıb, sənədli film çəkmək istəyirik”.

Elmin Nuri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu