“Bizim Aşıq Səlcuq Şəhbazi ilə elə də münasibətimiz yoxdur. Çünki o tay Azərbaycanında aşıq sənətinin inkişafına ən çox töhfə verən adam Böyük bəy Hacı Ələkbər oğludur. Aşıq Səlcuq bu istiqamətdə o qədər iş görməyib. Amma Böyük bəyin əməyi danılmazdır”.
Bunu Modern.az-a Elmlər Akademiyası Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin sədri Elxan Məmmədli deyib. “İctimai Televiziyaya Təbriz aşıqlarını gətirmişdilər. Bu Böyük bəyin sayəsində oldu . Folklor İnstitutunda da onu qəbul etdik, bir sıra müzakirələr apardıq. Hazırda biz Cənubi Azərbaycan aşıq şeri antologiyasını hazırlayırıq. Birinci cildinin redaktoru elə mən özüməm. Bu işdə Böyük bəy, eləcə də başqa aşıqlar bizə kömək edir. Biz də toplayırıq, ikinci cildini çapa hazırlayırıq”.