“28 May” stansiyasının əsas girişinin açılışını bu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq. İşlər yekunlaşandan sonra giriş sərnişinlərin ixtiyarına veriləcək”.
Bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Mətbuat katibi “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının 2015-ci ildə istifadəyə veriləcəyini söyləyib. “Həzi Aslanov-2” stansiyasının istifadəyə verilməsinə gəlincə, N. Paşayev bu stansiyanın tək halda heç bir işə yarmadığını bildirib və bunun üçün yetərincə vaxt lazım olduğunu açıqlayıb. “Xətai” stansiyasından ora qədər nəzərdə tutulan stansiyalar hazır olduqdan, tunellər tikildikdən, xətlər çəkildikdən sonra istifadəyə veriləcək.
Eyni zamanda Metropoliten rəsmisi vaqonlarda hava üçün nəzərdə tutulmuş nəfəsliklərin çox vaxt bağlı olmasına, hətta açıla bilməməsinə də münasibət bildirdi: “Adətən nəfəsliklər açıq olur, ola bilər ki, bir neçəsində bağlı olsun. Hər halda nəzərə alacağıq”.
Qeyd edək ki, xüsusilə axşam, insanların daha sıx olduğu saatlarda qatarlarda nəfəs almaq bəzən mümkünsüz olur. Çox vaxt isə kiçik ölçülü nəfəsliklər belə açılmır.
Gülşən RAUFQIZI