Modern.az

500 yezidi kürdü diri-diri basdırıldı

500 yezidi kürdü diri-diri basdırıldı

Dünya

11 Avqust 2014, 16:14



İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının aralarında qadın və uşaqların da olduğu təxminən 500 yezidi kürdünü qətlə yetirərək bir məzara basdırdığı ortaya çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qurbanlardan bəzilərinin diri-diri basdırıldığı da müəyyən olunub.

“Əl Ərəbiyə”nin verdiyi xəbərə görə, İraqın insan haqları naziri Məhəmməd Şiə Əl Sudanın açıqlamasında İŞİD-in ayrıca 300 yezidi qadını da qaçıraraq kölə olaraq istifadə etdiyi bildirilir.

Əl Sudanı Şimali İraqın Sincar qəsəbəsindən qaçmağı bacaran yezidilərdən də əldə edilən məlumatlara görə, toplu məzarda ən az 500 yezidinin olması haqda əllərində qəti dəlillər olduğunu da vurğulayıb.

Nazir əllərində İŞİD yaraqlılarının toplu məzarın başında zəfər nümayişləri etdiyini göstərən fotoşəkil çəkildiyini də iddia edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi