Modern.az

İstanbulda 3 milyon adam seçkidə iştirak etməyib

İstanbulda 3 milyon adam seçkidə iştirak etməyib

11 Avqust 2014, 16:18



İstanbulda 2 milyon 718 min 759 vətəndaş prezident seçkilərində iştirak etməyib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu rəqəm indiyə kimi  keçirilən seçkilərdə İstanbulda səsvermədə iştirak etməyənlərin sayının rekord həddidir.

İstanbul üzrə səsvermə hüququ olan 9 milyon 983 min 130 nəfərdən 7 milyon 264 min 371- ni bu hüquqdan istifadə edib. Bundan 104 min 413 seçicinin səsi etibarsız sayılıb. Qeyd edək ki, son yerli seçkilərdə səsverməyə gəlməyənlərin sayı 1 milyon 60 min 930 nəfər olub. Türkiyə qanunlarına görə, səsverməyə getməyənlər 22 lirə cərimə olunurlar.

Rüfanə GÜNƏŞ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu