Modern.az

İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi

11 Avqust 2014, 16:46



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Iran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. İlham Əliyev bildirib:

“Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu