Modern.az

Milli Məclisin komitə sədri veteranlarla görüşdü - FOTO

Milli Məclisin komitə sədri veteranlarla görüşdü - FOTO

11 Avqust 2014, 17:06

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli Yevlax rayonu Aran qəsəbəsində Qarabağ müharibəsi veteranları ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə Ali Baş komandan İlham Əliyevin cəbhə bölgəsinə gedişi və orada səsləndirdiyi fikirlər barədə millət vəkili ilə veteranlar arasında müzakirələr aparılıb. Onlar bildiriblər ki, Prezidentin belə bir vaxtda cəbhə bölgəsinə gedişi əhalidə və əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Komandan bir daha xalqın yanında olduğunu sübut etdi.

Eyni zamanda, Qarabağ Müharibəsi veteranları və şəhid ailələri İlham Əliyevin onlara olan diqqətindən də söz açıblar. “Bizlərə getdiyimiz bütün yerlərdə xüsusi qayğı göstərilir və ədalətli davranış sərgilənir. Bu da Prezidentimizin bizlərə olan diqqətindən irəli gəlir. Biz hər zaman prezidentimizin yanındayıq. Müharibə başlayacağı tədqirdə də Ali Baş komandanın əmri ilə yenidən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılmağa hazırıq”deyə veteranlar bildiriblər. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu