Romanın “Latsio” klubunun 36 yaşlı hücumçusu Miroslav Kloze Almaniya yığma komandasındakı karyerasını başa vurduğunu bəyan edib. Modern.az saytının xəbərinə görə, bu məlumatı Almaniya Futbol İttifaqının rəsmi saytı yayıb: “Biz komanda ilə başlıca məqsədimizə nail olduq, mən də şəxsi vəzifəmi yerinə yetirdim”.
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Kloze Almaniya komandasına qızıl medal qazanmaqda kömək edib. O, çempionat zamanı rəqib qapılarına 2 qol vurmaqla dünya birincilikləri tarixində ən məhsuldar oyunçu olub. Onun hesabında 4 dünya çempionatında (2002, 2006, 2010, 2014) 16 qol var.
Modern.az