Modern.az

Ekmeleddin İhsanoğlu: “Mənim sözüm bitdi”

Ekmeleddin İhsanoğlu: “Mənim sözüm bitdi”

11 Avqust 2014, 17:55

Türkiyə prezidentliyinə namizəd Ekmeleddin İhsanoğlu bu gün günorta saatlarında Yeniköydəki evindən çıxıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məsləhətçiləri Özlem Gürses və Mete Belovacıklının yoldaşlıq etdiyi İhsanoğlu qarşısında jurnalistləri görən kimi deyib: “Məndə söz bitdi. Dünən söyləyəcəklərimin hamısını söylədim. Heç əlavə edəcək bir şey yoxdur. Hamınıza təşəkkür edirəm. Göstərdiyiniz marağa görə təşəkkür edirəm. Xalqımıza, səs verənlərə, verməyənlərə təşəkkür edirəm. Çox xoşbəxtəm. Allah xeyirli, uğurlu etsin millətimizə”.

İhsanoğlu sonra məsləhətçiləri ilə birlikdə onu gözləyən mikroavtobusa minərək uzaqlaşıb.

Qeyd edək ki, avqustun 10-da keçirilən seçkidə Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının vahid namizədi kimi iştirak edən Ekmeleddin İhsanoğlu 38,78 faiz səs toplayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu