Avqustun 28-də vəzifəsini dünən prezident seçkisində qalib gələn Rəcəb Tayyib Ərdoğana təhvil verəcək olan dövlət başçısı Abdullah Gül bu günü əhəmiyyətli açıqlamalar verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı Gül Məclis başçısı, baş nazir, baş qərargah rəisi, yüksək mühakimə orqanları və Məclisdə təmsil olunan siyasi partiyalara etdiyi vida ziyarətlərini, Milliyyətçi Hərəkat Partiyası ziyarəti xaricində tamamlayıb. Gül dünənki prezidentlik seçkisinin ardından ilk vida qəbulunu bu gün Çankaya köşkündə burada çalışan müxbirlərə verdi. Gül qəbulda etdiyi çıxışında diqqət çəkən bu sözləri söyləyib: “Prezidentlik vəzifəm bitdikdən sonra şübhəsiz partiyama dönəcəyəm, təbii olan budur”.
Gül baş nazirlik vəzifəsi ilə əlaqədar məsələyə də toxunub: “Bu anda prezidentlik vəzifəm davam edir. Vəzifəm davam edərkən də daha çox söz söyləmək uyğun olmaz”.
Gül Ərdoğanı da təbrik edərək deyib: “Bu vəzifəyə siyasi şəxsiyyətimlə gəldim. Partiyamız ikinci dövlət başçısını çıxardı, xeyirli olsun”.
Modern.az