“Səhhətim pis deyil. Babatam. Heç kim mənə baş çəkməyib. Bilirlər ki, yaxşıyam ona görə baş çəkmirlər. Əgər sizinlə danışıramsa deməli hər şey qaydasındadır“. Bunu Modern.az-a Azərbaycanın xalq şairi, azadlıq şairi kimi tanınan mərhum Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk deyib.
Qeyd edək ki, Xəlil Rzanın ölümündən sonra həyatını onun kitablarının nəşrinə və təbliğatına sərf edən Firəngiz xanım çoxdan idi ki, mətbuatın nəzərində deyildi. Modern.az ağbirçək xanımın səhhətini xəbər aldıqda isə hər şeyin qaydasında olduğunu bildirib.
Elmin Nuri