Modern.az

Nazirlik turizm obyektlərinin sahiblərinə xəbərdarlıq etdi

Nazirlik turizm obyektlərinin sahiblərinə xəbərdarlıq etdi

12 Avqust 2014, 10:03

Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə,  Nazirlik turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərə və obyekt sahiblərinə xəbərdarlıq edir:

“Son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur. Bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərə müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bununla yanaşı, yuxarıda qeyd olunan obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsini və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur”.

Misranə Həsənzadə

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu