Modern.az

Qızıl Xaç nümayəndələri Kəlbəcər girovlarının yanına getdilər

Qızıl Xaç nümayəndələri Kəlbəcər girovlarının yanına getdilər

12 Avqust 2014, 10:39

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara dünən növbəti dəfə baş çəkiblər. Bu barədə Modern.az saytına BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

BQXK nümayəndəsi girovların səhhəti barədə danışmayaraq, əlavə heç nə demək istəməyib. “Qızıl Xaç Komitəsinin nümayəndələri gördüklərini ictimaiyyətlə bölüşmür”,-deyə o, bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncu öldürülərək Dağlıq Qarabağda dəfn olunub.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu