Modern.az

TRT-nin yeni Bakı təmsilcisi təyin olundu- Yıldıray Arslan azərbaycanlı xanımla evlənib

TRT-nin yeni Bakı təmsilcisi təyin olundu- Yıldıray Arslan azərbaycanlı xanımla evlənib

12 Avqust 2014, 12:03

TRT- nin Bakı təmsilcisi Əmrah Timuçin Yazıcı vəzifə müddətinin başa çatması ilə əlaqədar vidalaşmağa hazırlaşır.  Bu barədə Modern.az saytına TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib.

Üç ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Əmrah Timuçin Yazıcı Azərbaycanın ağrı-acısını, iqtisadiyyatını, mədəniyyətini, ədəbiyyatını  hazırladığı yüzdən çox xəbər və proqramlarla  TRT kanallarından dünyaya çatdırdı.

Əmrah Timuçin Yazıcı  sentyabr ayında Türkiyəyə qayıdır.

TRT Bakı Təmsilciliyinə  yəni rəhbər  Yıldıray Arslan təyin edildi. Yıldıray Arslan Azərbaycanın müstəqilliyini  qazanmadan əvvəl  ölkəmizə gələrək  Qarabağ müharibəsini , cəbhə xəttindəki  olayları  işıqlandıraraq dünyaya  duyuran  ilk Türkiyəli jurnalistlərdən biridir.

Mərhum Heydər Əliyevdən ilk  müsahibəni  o illərdə  məhz Yıldıray Arslan almışdı.

Eyni zamanda Y.Arslan TRT Xəbər v’ Spor yayımları departamentinin sədr müavini  vəzifəsində  çalışıb.

Sözün əsl  mənasında bir Azərbaycan sevdalısı olan Y.Arslan eyni zamanda Azərbaycanlı bir xanımla ailə qurmuş və bir övlad sahibidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu