Modern.az

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

12 Avqust 2014, 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb  küləyi əsəcək.

Havanın temperaturunun gecə 24-27, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Avqustun 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb   küləyi əsəcək.

Havanın temperaturunun gecə  21-26, gündüz 35-40, dağlarda gecə  12-17,  gündüz   24-29 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu