Modern.az saytı xəbər verir ki, Türkiyə parlamentinin Sağlık, ailə, çalışma və sosial işlər komissiyasının sədri, Adana millət vəkili Necdet Ünüvar Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərinə baş çəkib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostlıq Qrupunun sədri Necdet Ünivar əsgərlərin durumu hakkında bilgilər alıb, onlara ürək-dirək verib.
Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi ilə Azərbaycanın 3 yaralı əsgəri müalicə olunmaq üçün avqustun 9-da xüsusi tibbi təyyarə Bakıdan Ankaraya aparılıb. Bunlar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanan 19 yaşlı əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadədir.
Əsgərlərimiz Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. Əsəgərlərmizdən Sərxan Tahirzadə hər iki qıçını itirib, Elvin Əsgərov qarın nahiyəsindən ağır güllə yarası alıb, Ədalət Məmmədovun isə bir gözünü itirdiyi bildirilir.