Modern.az

118 nəfərə məzar olan “Kursk” gəmisi

118 nəfərə məzar olan “Kursk” gəmisi

12 Avqust 2014, 14:12

Modern.az saytnın məlumatına görə, məşhur "Kursk" gəmisinin batmasından 14 il keçir.
2000-ci il avqustun 11-də Rusiya Dəniz Qüvvələrinin Şimal donanması geniş təlimlərə başlamışdı. Bu təlimlərdə aktiv iştirak edən gəmilərdən biri “Kursk” atom sualtı gəmisi idi. O 118 nəfər şəxsi heyəti ilə təlimlərə qatılmışdı.
Avqustuin 11-də Severomork limanından çıxan “Kursk” bir daha sahildə lövbər salmayacaqdı. Avqustun 12-də təlim zamanı şərti hədəfə atəş açan zaman gəminin göyərtəsində partlayış baş verir. Rəsmi versiyaya görə, “Kit” gəmi əleyhinə torpeda təhlükəsizlik qaydalarının pozulması nəticəsində gəminin daxilində partlayır. Bundan sonra başlanan yanğın 2 dəqiqə ərzində daha bir torpedanın (öz-özünə hərəkət edən sualtı mina)  silkələnməsinə və gəminin bir neçə daxili hissəsinin dağılmasına səbəb olur. Bundan sonra yavaş-yavaş gəmi suyun dibinə enir. Gəmi heyətinin əsas hissəsi partlayış baş verdikdən 7-8 saat sonra, dəm qazından zəhərlənərək dünyasını dəyişir.

2000-ci il avqusutun 28-də Vladimir Putinin göstərişi ilə batmış gəminin çxaırılması ilə bağlı xüsusi əməliyyat başlanılır. Bir neçə il ərzində Barens dənizində bir neçə min metr dərinlikdə olan “Kursk”un heç bir deformasiyaya uğramadan quruya çıxardıması layihələri müzakirə olunur. 2001-ci ilin avqusutndan Hollandiya və Rusiya dəniz şirkətləri müştərək plan əsasında bu əməliyyata başlayırlar. 2009-cu ilin martına qədər davam edən əməliyyat zamanı “Kursk” gəmisinin 2 nüvə reaktoru, yancaq ehtiyatları və bir neçə bloku quruya çıxarılır. Həlak olan 118 heyət üzvünün 115-inin cəsədi də aşkar olunaraq ailələrinə təhvil verilir. Ümumilikdə, layihəyə 130 milyon dollar vəsait xərclənir.

2000-ci il avqustun 26-da, faciədən 2 həftə sonra ABŞ-da populyar olan “Larri King Live” tok-şousuna qonaq olan Vladimir Putinin jurnalsitin “Kursk”la bağlı nə baş verdi” sualına təbəssümlə “O batdı” cavabı verməsi narazılıqla qarşılanmışdı. Amerika tamaşaçısı 118 nəfərin həlak olduğu faciə barəsində prezidentin belə rahat danışmasını qəbul edə bilmirdi.

Ümumiyyətlə, hadisənin əsl səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülr. Bəziləri bunun ABŞ dəniz qüvvələrinin gəmiləri tərəfindən törədilən faciə olduğunu, bəziləri isə rus komandanlığının planlı səhvi hesab edirlər. Nəticəsindən asılı olmayaq, “Kursk” atom sualtı gəmisinin batması Rusiya Hərbi Dəniz Qüvvlərində ciddi kadr dəyişikliklərinə yol açdı. Üzərindən 14 il keçməsinə baxmayraq gəminin qəzaya uğraması ilə bağlı toplanan bütün istintaq sübutları cəmiyyətə açıqlanmayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi