
“Doğum günümü qızım, nəvələrim, anam, bacım, yəni ailə üzvlərimlə qeyd edəcəm. Mənə yaxın, doğma olan insanlarla bir yerdə olacam. Çox vaxt elə ailəmlə bir yerdə keçirirəm. Yubileylərdə təmtəraqlı qeyd etdiyim olur”. Bunu
Modern.az-a açıqlamasında bu gün 47 yaşını qeyd edən aktrisa Mehriban Xanlarova deyib. Aktrisanın sözlərinə görə, yeni mövsümdə tamaşaçılar onu “Generalın son əmri” tamaşasında görə biləcək: “Allahdan özümə arzum can sağlığıdır. Qalan şeylər özü düzəlir. Avqustun 29-u Akademik Milli Dram Teatrında iş günümüz başlayır. Başlayan kimi səhnəyə Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesi qoyulacaq. O tamaşada oynayıram. Film sahəsində hələki yenilik yoxdur”.
Misranə Həsənzadə