Modern.az

Bu il 6 qız Polis Akademiyasına daxil olub

Bu il 6 qız Polis Akademiyasına daxil olub

12 Avqust 2014, 15:42

Bu il Azərbaycanda qəbul aparılan ali məktəblərin sırasında xüsusi təyinatlı ali məktəblər də var. Modern.az saytı həmin məktəblər arasında sorğu keçirib. Bu il həmin məktəblərə qəbul olan abituriyentlər arasında qızlar da varmı?

Daxili İşlər Nazirliyinin Polis Akademiyası: “Bu il Polis Akademiyasına 150 nəfər qəbul olub, onun 6 nəfərini qızlar təşkil edir. Qızlardan ən yüksək bal toplayanı 635, ən aşağı toplayanı isə 481 balla qəbul olub”.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi: “Bu il Ali Hərbi Məktəbə yalnız oğlanlar qəbul olub. Nizamnamə də qızların qəbuluna izn vermir”.

Dövlət Sərhəd Xidmətinin Akademiyası: “Akademiyanın nizamnaməsində qızların qəbulu nəzərdə tutulmayıb”.

Fövqəladə Hallar Nazirliyinin Akademiyası: “Bu il bizdə iki ixtisasa 100 nəfər qəbul olunub: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə 50 nəfər;
yanğın təhlükəsizliyi mühəndisliyinə 50 nəfər. Onların arasında qızlar yoxdur, hamısı oğlanlardır”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU