Modern.az

Nazirlikdən Azərbaycan ali məktəblərində distant təhsilin olmaması haqda AÇIQLAMA

Nazirlikdən Azərbaycan ali məktəblərində distant təhsilin olmaması haqda AÇIQLAMA

12 Avqust 2014, 16:01

Hazırda dünyanın inkişaf etmiş bir çox ölkələrində təhsilin məsafəli forması – distant təhsil forması mövcuddur. Azərbaycanda distant təhsil qanunvericilikdə əksini tapıb.
“Lakin tədrisin distant formada təşkilinin mexanizmi yaradılmadığından ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib”, – deyə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil  Nazirliyindən bildirilib.

Distant təhsil – müəyyən məsafədən keçirilən təhsil sistemidir. Bu təhsil forması  ilk dəfə İngiltərədə yaranıb. Daha sonralar ABŞ, Almaniya və digər ölkələrdə geniş yayılıb. O, qiyabi təhsil formasının daha da çox üstünlüklər ilə olan formasıdır. Lakin bu qiyabi təhsildən fərqlənir. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Dərslər online keçirilir.

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu