Modern.az

Bakı Təhsil İdarəsi: “704 uşaq vaxtından əvvəl I sinfə qəbul olub”

Bakı Təhsil İdarəsi: “704 uşaq vaxtından əvvəl I sinfə qəbul olub”

12 Avqust 2014, 16:28



Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, ötən həftə ərzində müsahibələrdə iştirak edən uşaqların 704 nəfəri I sinfə qəbul olub, 529 nəfər isə müsahibədən keçə bilməyib.

Hazırda 3012 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq 20 iyul 2014 – cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılıb.

Misranə Həsənzadə

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu