“Baş verən yanğının klinikamızla heç bir əlaqəsi yoxdur. Yanğın binanın 3-cü blokunda baş verib, “Laçın” klinikası isə 2-ci blokda yerləşir”. Bu barədə Modern.az-a “Laçın” klinikasının əməkdaşı hirsli-hirsli cavab verdi. Xanım artıq onlarla jurnalistin bu sualla onlara müraciət etməsindən gileylənərək bildirdi ki, narahatlığa əsas yoxdur, çünki, yanğın klinika baş verməyib.
“Yanğın baş verən blokda isə qısaqapanma olub. Düşünülən kimi böyük hadisə deyil”.