Modern.az

İntiqam Əliyev «vicdan məhbusu» elan olundu

İntiqam Əliyev «vicdan məhbusu» elan olundu

12 Avqust 2014, 20:19

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

"Azadlıq" radiosunun xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, İntiqam Əliyevin barəsində seçilmiş qərar saxta ittihamlara əsaslanır:

««Amnesty International» hesab edir ki, bu həbs birmənalı şəkildə İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. «Amnesty International» onu vicdan məhbusu hesab edir».

Məlumata İntiqam Əliyevin həbsinin detalları da əlavə olunub.

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu