Modern.az

Ziya Məmmədovun oğlu gözlənilən vaxtı açıqladı: “1 sentyabr.. Öz komandama təşəkkürümü bildirirəm”

Ziya Məmmədovun oğlu gözlənilən vaxtı açıqladı: “1 sentyabr.. Öz komandama təşəkkürümü bildirirəm”

Ölkə

12 Avqust 2014, 21:44

“Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nüfuzlu “National Geographic” jurnalının Azərbaycan dilindəki buraxılışının işıq üzü görəcəyi tarixi açıqlayıb. Modern.az saytının məlumatına görə, A.Məmmədov bildirib ki, artıq bu il sentyabrın 1-dən etibarən azərbaycanlı oxucular dünyanın ən maraqlı, ən cəlbedici jurnalını öz doğma dillərində oxuya biləcəklər.

”Bildiyiniz kimi, bu il martın 3-də “National Geographic” jurnalı ilə imzaladığımız müqaviləyə əsasən, dünyanın ən nüfuzlu “National Geographic” jurnalı ilk dəfə Azərbaycanda, doğma dilimizdə dərc olunmağa başlayacaq. Əlbəttə, belə bir nüfuzlu jurnalın ölkəmizdə, doğma dilimizdə dərc olunması Azərbaycan üçün böyük uğurdur. Bu layihənin uğurla həyata keçirilməsində əməyi keçmiş bütün əməkdaşlarıma, öz komandama təşəkkürümü bildirirəm.
Çox sevinirəm ki, artıq sentyabrın 1-dən etibarən azərbaycanlı oxucular dünyanın ən maraqlı, ən cəlbedici jurnalını öz doğma dillərində oxuya biləcəklər”.

Qeyd edək ki, “Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O həm də Azərbaycan Qolf Federasiyasının prezidentidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi