“Bəzi cinayət törətmiş şəxslər ədalət mühakiməsini həyata keçirən orqanlara təsir göstərmək məqsədi ilə heç bir vasitədən çəkinmirlər. Belə ki, 12.08.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci madəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək həbs edilmiş Məmmədov Seymur Həmzə oğlu ona elan edilmiş 14 il 6 ay azadlıqdan məhrumetmə cəzasına etiraz əlaməti olaraq məhkəmə baxışından sonra özünə yüngül bədən xəsarəti yetirib”.
Bu barədə məlumat yayan Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, təqsirləndirilən şəxs S.Məmmədov dərhal Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Konvoy taborunun qarovul heyəti tərəfindən zərərsizləşdirilib. Ədliyyə Nazirliyi Tibb xidmətinin əməkdaşları tərəfindən xəsarət almış S.Məmədova peşəkar tibbi yardım göstərilib. Onun sağlamlığı üçün hazırda heç bir təhlükə yoxdur.
Modern.az