Modern.az

Ərdoğan: “Abdulla Gülün partiyamıza geri qayıtması təbiidir”

Ərdoğan: “Abdulla Gülün partiyamıza geri qayıtması təbiidir”

13 Avqust 2014, 10:36

“Abdulla bəyin partiyamıza geri qayıtmasından daha təbii heç bir şey ola bilməz. Belə bir addımı atması təbiidir. Bəziləri bunu fərqli yerlərə çəkir, onların da bunu fərqli yozmaları təbiidir. Amma onlara da bir sözüm var. Getsinlər CHP ilə, MHP ilə məşğul olsunlar. Onların vəziyyəti ortadadır”.

Modern.az-ın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident Abdulla Gülün vida mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, avqustun 27-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirəcəyi konqresə qədər rəhbərlikdə heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə ilk dəfə səsvermə yolu ilə prezident seçkiləri keçirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan səsvermənin nəticəsinə görə Türkiyə prezidenti seçilib.

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu