O, Fəxri Xiyabanda dəfn olunmasını istəyib
Dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən məşhur cərrah Cavad Heyət Bakıda dəfn olunmasını vəsiyyət edib. Modern.az saytı xəbər verir ki, bu haqda mərhumun şəxsi nəzarətçisi Zülfü bəy Yazıçılar Birliyinin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruza bəhs edib. Sayman Aruz alimin istəyi barədə bunları deyib:
“Ölüm xəbərin eşidən kimi ailəsi ilə əlaqə saxladım. Yaxın qohumları və nəzarətçisi Zülfü bəylə danışdım. Zülfü bəy dedi ki, Cavad Heyətin son istəyi Bakıda Fəxri Xiyabanda dəfn olunmaq olub”.
Qeyd edək ki, Cavad Heyətlə vida mərasimi sabah ya Elmlər Akademiyasının əsas binası, ya da Əlyazmalar İnstitutunda keçiriləcək.
Elmin Nuri