Modern.az

Prezidentin məşhur əmisi qızı vəfat edib

Prezidentin məşhur əmisi qızı vəfat edib

13 Avqust 2014, 11:06


Avqustun 12-ində Hollivudun tanımış ulduzlarında olmuş Loren Bekoll 89 yaşında dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın ölümünə səbəb öz evində insult keçirməsi olub.
1924-cü ildə Nyu-Yorkda Almaniya və Polşa yəhudilərinin ailəsində anadan olan aktrisanın əsl adı Betti C

oan Perski olub. O, aktyorluq karyerasına başladıqdan sonra özünə Loren Bekoll adını götürür. 40-50-ci illərin Hollivud filmlərində geniş populyarlıq qazanan Bekol Merilin Monro ilə birilkdə 1953-ci ildə “Milyonçuya necə ərə getmək?” filmində yer alıb. 
60-cı illərin sonlarında kinokaryerası enişə keçən aktrisa daha çox televiziya filmlərində və tok-şoularda qonaq qismində iştirak etməyə üstünlük verib. Müxtəlif vaxtlarda Hamfri Boqart və Ceyson Robardsla evli olan yəhudi mənşəli aktrisa bir müddət tanınmış müğənni Frenk Sinatra ilə də nişanlı olub. O, həyatı boyu Demokratlar Partiyasının tərəfdarı olub. 2009-cu ildə isə kinematoqrafiyadakı xidmətlərinə görə fəxri “Oskar” mükafatı ilə təltif olunub.

Maraqlıdır ki, aktrisa İsrail prezidenti Şimon Persin də doğma əmisi qızıdır. Bekolun atası Uilyam Perski ilə Şimon Preesin atası qardaş olublar.  

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu