“Türk liseylərində təhsil alan şagirdlərlə bağlı heç bir yenilik yoxdur. Hələ də gözləyirik”. Bunu Modern.az-a açıqlamasında bağlanmış türk liseylərində təhsil alan şagirdlərin Valideynlər Şurasının rəhbəri Gülnarə Bağırova deyib. Onun sözlərinə görə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin rəhbəri Fatma Abdullazadəyə ünvanladıqları məktubla bağlı da heç bir cavab almayıblar:
“Təhsil Nazirliyindən bizə təklif gəlmişdi ki, əgər uşaqlarınız başqa liseylərdə təhsil almaq istəyirsə, avqust ayında yenidən imtahan verməlidirlər. Amma bununla da bağlı hələ heç bir xəbər yoxdur. Fatma Abdullazadənin müavini ilə görüşmüşdük. Hələ də bir cavab yoxdur”.
Rüfanə GÜNƏŞ