Modern.az

Bakıda özlərini yandıran ər və arvad xəstəxanaya yerləşdirildi - qadının vəziyyəti ağırdır

Bakıda özlərini yandıran ər və arvad xəstəxanaya yerləşdirildi - qadının vəziyyəti ağırdır

13 Avqust 2014, 12:05

“Özünü yandıranlar ər və arvaddır. Xəstəxanamıza bu gün daxil olublar. Üstlərinə benzin tökərək özlərini yandırıblar”.

Bunu Modern.az-a açıqlmasında Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov bildirdi.

Onun sözlərinə görə, xəsarət alan kişinin vəziyyəti qadına nisbətən yaxşıdır:

“1975-ci il təvəllüdlü Elçin Salahov sol aşağı ətraf və gözlərin arxa tərəfinin yanması diaqonuzu ilə daxil olub, hazırda palatadadır, bədəninin 30 faizə yaxın hissəsi yanıb. Jalə Salahovanın vəziyyəti isə ağırdır, reanimasiyadadır. Hər iki aşağı ətrafda, gözlərdə yanıqlar var, bədəninin təxminən 40 faizi yanıb”.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Prezident Administirasiyası qarşısında baş verib. Məlumata görə, Sumqayıt şəhər sakinləri olan ər-arvad evlərinin sökülməsinə etiraz etdiklərinə görə özlərini yandırıblar.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu