Modern.az saytı məlumat verir ki, artiq bir neçə ildir ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə, Beynəlxalq Yerüzü Doktorlar Təşkilatı Azərbaycanın ucqar bölgələrindən olan yüzlərlə imkansız anadangəlmə qüsurlu uşaqları əməliyyat edir. Bu tədbirlər Səhiyyə Nazirliyinin bilavasitə dəstəyi ilə həyata keçirilir. Beynəlxalq Yerüzü Doktorlar Təşkilatının xətti ilə Türkiyənin tanınmış və müxtəlif ixtisaslı həkimlərinin ənənəyə çevrilmiş bu səfərlərinin sayı artüq dördüncüdür. Həyata keçirilən bütün əməliyyatlar qardaş Türkiyədən gəlmiş həkimlərlə azərbaycanlı həkimlərlə birgə iştirak həyata keçirilir.
“Gülümsəyən Uşaqlar” adlı layihə TİKA-nın Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilir. Növbəti ənənəvi tədbirlərdən biri də 15-23 avqustda Bakıda və Ağdaş rayonunda keçiriləcək. Hazırda Səhiyyə Nazirliyinin tapşırığı ilə bütün bölgələrdən olan bu cür anadangəlmə qüsurlu xəstələrin ilkin siyahısı hazırlanıb.
Bu humanitar missiya avqustun 15-də saat 12-də Sabunçu rayonunda yerləşən Plastik Cərrahiyyə Mərkəzində və 16 avqustdan etibarən isə Ağdaş rayon mərkəzi xəstəxanasında başlayacaq.
Məltəm Talıbzadə