Modern.az

Cəbhə bölgəsində 6 kəndi birləşdirən yol açıldı

Cəbhə bölgəsində 6 kəndi birləşdirən yol açıldı

13 Avqust 2014, 12:58

“Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Ərazidəki yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və kəndarası yolların asfaltlanması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, rayonun simasını da büsbütün dəyişir”.
 
Bu fikirlər Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən hissəsində 2674 metr asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimində bildirilib.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən icra başçısı Alı Alıyev əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik edib. Bildirib ki, yolun əsaslı şəkildə yenidən qurulması dövlət başçısının füzulililərə göstərdiyi qayğının daha bir nümunəsidir. Alı Alıyev qeyd edib ki, bu gün respublikada rayon mərkəzləri və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş görülür.

Çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildiriblər.

Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən hissəsində 2674 metr asfalt yol kənd sakinlərinin istifadəsinə verilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu