
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin məşhur azərbaycanlı cərrah Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib:
Modern.az-ın məlumatına görə, səfir bildirib: “Görkəmli iranlı cərrah və həkim, Prof. Cavad Heyətin vəfatı münasibətilə mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və dəyərli ustadı sevənlərin hamısına başsağlığı verir, mərhumun ruhu üçün Allahdan rəhmət diləyirəm. Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O, özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf etdi və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadıgar qoydu”.
Modern.az