Modern.az

Cavad Heyətin cənazəsi dəfn üçün Təbrizə - Şəhriyarın məzarının yanına aparıla bilər

Cavad Heyətin cənazəsi dəfn üçün Təbrizə - Şəhriyarın məzarının yanına aparıla bilər

13 Avqust 2014, 16:26

Dünən dünyasını dəyişən məşhur cərrah Cavad Heyətin harada dəfn olunması hələ də dəqiqləşməyib. Sabah ya Elmlər Akademiyasının əsas binasında, ya da Əlyazmalar İnstitutunun binasında vida mərasimi keçiriləcək alimin harada dəfn olunması bu gün axşam saatlarında məlum olacaq.
Mərhumun ailəsinə yaxın olan mənbənin Modern.az-a verdiyi məlumata görə Cavad Heyət ya Bakıdakı Fəxri Xiyabanda, ya da Təbrizdə böyük şair Məhəmmədhüseyn Şəhriyarın məzarının yanında dəfn olunacaq. Amma tam dəqiq cavab axşam saatlarında bilinəcək.

Qeyd edək ki, M.Şəhriyar öz vəsiyyətinə görə Təbrizin Şairlər məqbərəsində dəfn olunub.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu