
Məşhur azərbaycanlı iş adamı Rza Zərrabın İrandakı ortağı Babək Zəncaninin Tacikistanda kağız üzərində qurduğu bank vasitəsilə 2,7 milyard dollardan çox pulu mənimsədiyi açıqlanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İranın neft naziri Bicen Zengenenin sözlərinə görə, sui-istifadə ittihamı ilə həbs olunan iş adamı Babək Zəncaninin təkbaşına hərəkət etmədiyini söyləyib: “Əvvəlki hökumət dövründə bir neçə nazir və mərkəz bank rəhbərinin imzası ilə Zəncaninin Tacikistandakı saxta bankına yatırdılan 2,7 milyard dollardan çox vəsait ortadan itib”.
İş adamının bu işi təkbaşına təşkil etmiş ola bilməyəcəyinə diqqəti çəkən Zengene deyib: “Bu böyüklükdə sui-istifadə, nə qədər ağıllı olursa-olsun, tək bir adamın edə biləcəyi iş deyil. Əvvəlki hökumət dövründə Zəncani kimi ölkənin neft gəlirlərini mənimsəyən başqa kəslər də vardı. Zəncaninin bütün mal varlığı, dövlətə olan təxminən 3 milyard dollar borcundan çox daha azdır”.
Nazir Zengene Babək Zəncaninin dövlətə olan borcunun böyük qisminin xaricə satdığı və dövlətə ödəmədiyi xam neft gəlirlərindən qaynaqlandığını bildirib. Zencani kimilərinin artıq bu cür əməllər etmə fürsətinə sahib olmadığını vurğulayan Zengene əlavə edib: “Oğurlayıb çırpma dövrü sona çatdı”.
İyun ayında sui-istifadədə günahlandırılan iranlı iş adamı Zəncaninin həbsdə saxlanma müddəti uzadılıb və 500 milyon dollar dəyərindəki mal varlığına əl qoyulub.
Modern.az