Modern.az

Bakıda abvtobus qəzası - 2 ölü, 8 yaralı var - YENİLƏNİB

Bakıda abvtobus qəzası - 2 ölü, 8 yaralı var - YENİLƏNİB

14 Avqust 2014, 10:20

Bu gün səhər saatlarında Aeroport yolu ilə şəhər istiqamətinə hərəkət edən 148 saylı sərnişin avtobusu metronun ”Koroğlu” stansiyasının yaxınlığında qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, avtobus yolun sağında inşa edilən yeni Olimpiya stadionunu əhatəyə almış dəmir hasara çırpılıb.
Yüksək sürət nəticəsində idarəetməni itirərərək qəzaya uğrayan avtobusun sürücüsü Haqverdi Kərimov hadisə yerində  ölüb. Avtobusdakı bir neçə sərnişin isə  müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasından Modern.az-a bildirilib ki, yaralıların hamısı bu tibb müəssissəinə yerləşdirlib.
Xəsətxanadan verilən məlumata görə, 6 yaralı var. Onlardan əksəriyyəti cərrahiyə şöbəsindədir. Bir nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. 

***

3 saylı Şəhər Klinik Xəstəxanadan Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan sərnişinlərdən biri yolda dünyasını dəyişib. Beləliklə də hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Zərərçəkənlərdən biri azyaşlı uşaq olub. Zərərçəkənlərin arasında 80 yaşlı qadın da olub. Uşaq əməliyyat olunur. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.


Rüfanə GÜNƏŞ
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu