Modern.az

Qulu Məhərrəmli: “AzTV Qafqazın ən güclü telekanalıdır”

Qulu Məhərrəmli: “AzTV Qafqazın ən güclü telekanalıdır”

14 Avqust 2014, 09:32

“O fikirlər doğrudur ki, Azərbaycan Televiziyası ilk yaranan televiziyamızdır və uzun müddət - alternativ televiziya kanalları meydana çıxana qədər televiziya sahəsində monopoliya olub. Bu gün AzTV-nin yaradıcılıq, texniki baxımından müəyyən üstünlükləri var, ümumiyyətlə, Qafqazın ən böyük və güclü televiziyasıdır. Amma yaradıcılıq atmosferində onu başqa televiziyalarla müqayisə edəndə şübhəsiz ki, çox ciddi gerilikləri olduğunu görürük”.

Bunu Modern.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, AzTV-nin Azərbaycan mədəniyyətinə, ictimai düşüncəsinə heç bir təsiri yoxdur:

“Bu geriliklər birinci növbədə veriliş formatları, onların üslubu, kadrları və s. ilə bağlıdır. Bu cəhətdən əlbəttə ki, AzTV-nin ciddi problemləri var. 90-cı illərin ortalarına qədər tutaq ki, AzTV-yə normal bir televiziya kimi yanaşmaq olardı. Amma bu gün AzTV daha çox kommersiya əhəmiyyəti daşıyıb. Bu telekanalın Azərbaycan mədəniyyətinə, Azərbaycan ictimai düşüncəsinə demək olar ki, heç bir təsiri yoxdur. O baxımdan AzTV-nin rolunu nə alçaltmaq, nə də şişirtmək məqsədəuyğundur”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu