Modern.az

Ali məktəblərin boş yerlərinə ixtisas seçimi başa çatdı - daha 9156 abituriyent seçim etdi

Ali məktəblərin boş yerlərinə ixtisas seçimi başa çatdı - daha 9156 abituriyent seçim etdi

14 Avqust 2014, 10:07


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib və  təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin bugün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu