Ötən il 18 yaşadək uşaqlar arasında müxtəlif xəstəlik səbəblərindən ölənlərin sayı 2012-ci ilə nisbətən 3,6 faiz artaraq 2 811 nəfər təşkil edib. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər. Komitədən həmçinin bildirilib ki, 18 yaşadək uşaqlarda əsas xəstəlik sinifləri üzrə xəstələnlərin sayı 733 min 017 nəfərdir. Bunlardan 386 min 683 nəfərini oğlanlar, 346 min 334 nəfərini isə qızlar təşkil edib.
Belə ki, diaqnoz qoyulanlar arasında oğlanlar üstünlük təşkil edir. Uşaqlara ən çox qoyulan diaqnoz 398 min 736 tənəffüs orqanlarında yaranan xəstəliklərindən olub. İkinci yerdə isə yoluxucu və parazit xəstəliklər dayanır- 64 min 497 nəfər.
Ötən ilin, rəqəmlərini müqayisə edərkən, orataya çıxan nəticə odur ki, Azərbaycanda uşaqlar arasında xəstəlik sayı min nəfərə 288 nəfərdir.
18 yaşadək uşaqların əsas xəstəlik sinifləri üzrə xəstələnməsi (ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələr)
| 2013 | |||
Cəmi | onlardan | 18 yaşadək uşaqların hər 1000 nəfərinə düşən xəstə-liklərin sayı | ||
oğlan | qız | |||
Bütün xəstəliklər | 733 017 | 386 683 | 346334 | 288,2 |
onlardan: |
|
|
|
|
bəzi yoluxucu və parazitar xəstəliklər | 64 497 | 34 845 | 29652 | 25,4 |
qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar | 24 003 | 11 512 | 12491 | 9,4 |
sinir sistemi xəstəlikləri | 30 573 | 15 610 | 14963 | 12,0 |
göz və gözün əlavə aparatının xəstəlikləri | 21 220 | 11 202 | 10018 | 8,3 |
qulağın və məməyəbənzər çıxıntının xəstəliyi | 18 563 | 10 128 | 8435 | 7,3 |
tənəffüs orqanlarının xəstəlikləri | 398 736 | 209 407 | 189329 | 156,7 |
həzm sisteminin xəstəlikləri | 48 734 | 25 799 | 22935 | 19,2 |
dəri və dərialtı toxumanın xəstəlikləri | 19 406 | 9 717 | 9689 | 7,6 |
sidik-cinsiyyət sisteminin xəstəlikləri | 16 014 | 7 478 | 8536 | 6,3 |
travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri | 40656 | 24 092 | 16564 | 16,0 |
digər xəstəliklər | 50615 | 26 893 | 23722 | 19,9 |
Rüfanə GÜNƏŞ