Modern.az

“Cavad Heyətin Fəxri Xiyabanda dəfninə hazırlıq üçün göstəriş almamışıq”

“Cavad Heyətin Fəxri Xiyabanda dəfninə hazırlıq üçün göstəriş almamışıq”

14 Avqust 2014, 11:08

“Cavad Heyətin Fəxri Xiyabanda dəfn olunacağı ilə bağlı bizim Trestə hər hansı göstəriş və məlumat daxil olmayıb. Hər halda belə bir qərar olsaydı, bundan xəbərimiz olardı”. Bu sözləri Modern.az saytına Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib.

Əslən Güney Azərbaycandan olan cərrah Cavad Heyət avqustun 12-də səhər saatlarında dünyasını dəyişib. O, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Mərhum cərrah qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə olunurdu. Mərhumun meyitinin Gömrük Hospitalının morqunda saxlanıldığı bildirilir.

Hazırda onu harada dəfn ediləcəyi müəmmalı qalır. İlkin fərziyyəyə görə, C.Heyət vəsiyyətinə əsasən Bakıda torpağa tapşırılacaqdı. Lakin onun Təbrizdəki “Şairlər məqbərəsi”ndə dəfnolunma ehtimalı da var. Hər iki variant nəzərdən keçirilir.

Yeri gəlmişkən, mərhumla vida mərasiminin bu gün olacağı gözlənilir. Amma mərasim yeri kimi əvvəlcədən adları elan olunmuş hər iki məkanın - həm Elmlər Akademiyası, həm də Əlyazmalar İnstitutunun səlahiyyətləri hələ ki bu haqda məlumat verə bilməyiblər. 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu