“Elçin Salahov palatada müalicə alır, vəziyyəti nisbətən yaxşı, stabildir. Həyat yoldaşı Jalə Salahovanın isə vəziyyəti ağır stabil olaraq qalır”.
Bu barədə Modern.az saytına Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov məlumat verdi.
“30 yaşlı kişinin həyatı təhlükəsi olmasa da , onun həyat yoldaşı 32 yaşlı Jalə Salahova şok vəziyyətindədir, həyati təhlükəsi davam edir”,- deyə həkim əlavə etdi.
Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhər sakinləri öz evlərinin sökülməsinə etiraz edərək Prezident Administrasiyasının qarşısında üstlərinə benzin tökərək intihara cəhd ediblər. Aldıqları xəsarətdən sonra hər iki şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onların himayəsində 3 yaşlı Səkinə adlı qızları var.
Gülşən RAUFQIZI