Modern.az

Bu il universitet və kolleclərdə xeyli boş yerlər qaldı

Bu il universitet və kolleclərdə xeyli boş yerlər qaldı

14 Avqust 2014, 12:20



Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsini təsdiqləyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin sayı 4050-dir. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 6414 plan yeri ayrılıb. Deməli, bu il ali təhsil müəssisələri və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrində plan yerlərinin sayı 10464, sənəd ixtisas seçimi edənlərin sayı isə 9156-dır. İxtisas seçimi edənlərin hər birinin qəbul olmayacağını da nəzərə alsaq, universitet və kolleclərdə boş yerlər qalıb.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu